Bazar , 11 Yanvar 2026
Drone Cameras

Ukraynada daha bir azərbaycanlı zabit yaralanıb

Ukrayna Silahlı Qüvvələrinin daha bir azərbaycanlı zabiti yaralanıb.

Vinnitsa Azərbaycan Cəmiyyətinin rəhbəri Əliş Səfərovun “Report”un Şərqi Avropa bürosuna verdiyi məlumatına görə, bu, əslən Azərbaycanın Ağdam rayonundan olan Əliyev Ruslan Müslim oğludur.

O, Ukrayna ordusunun baş leytenantıdır, Ukrayna vətəndaşıdır və Donbas istiqamətində yaralanıb. Hazırda R.Əliyev Vinnitsa vilayət xəstəxanalarının birində müalicə alır.

“Vəziyyəti normaldır. O, və digər burada yaralı yatan azərbaycanlı Ukrayna ordusu əsgəri Əliyev Raqif bizim də nəzarətimizdədir. Növbəti dəfə bu gün baş çəkəcəyik”, – Ə.Səfərov əlavə edib.

Check Also

DSX-nin hərbi qulluqçusunun güllələnərək öldürüldüyü bildirilir

Dövlət Sərhəd Xidmətinin (DSX) Yardımlı rayonunda yerləşən N saylı hərbi hissəsində xidmət edən hərbi qulluqçunun …