Cümə axşamı , 17 Aprel 2025
Drone Cameras

Ukraynada rus musiqisinin yayımına və Rusiyadan kitab idxalına qadağa qoyulub

Ukrayna Ali Radası ictimai yerlərdə və kütləvi informasiya vasitələrində rus musiqisinin yayımını qadağan edən qanun layihəsini dəstəkləyib. Ali Rada, həmçinin Rusiyadan kitab idxalını və yayılmasını qadağan edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ali Radanın deputatı Yaroslav Jeleznyak Telegram-da məlumat yayıb.

Ukrayna mediasında və ictimai məkanda rus musiqisinin qadağan edilməsini 303 deputat dəstəkləyib.

“Həmçinin Parlament Rusiya Federasiyasından, onun müvəqqəti işğal etdiyi Ukrayna ərazilərindən və Belarusdan kitab və digər nəşriyyat məhsullarının idxalı və yayılmasını qadağan edib”, – Jeleznyak yazıb.

Rus ədəbiyyatının idxalına qadağa 306 deputat tərəfindən dəstəklənib.Emil HüseynliAZƏRTAC-ın xüsusi müxbiriKiyev

Check Also

Kolumbiyada fövqəladə vəziyyət elan edilib

Kolumbiya hökuməti sarı qızdırma xəstəliyinin yayılması ilə əlaqədar səhiyyə sahəsində fövqəladə vəziyyət rejimi elan edib. …