Şənbə , 10 Yanvar 2026
Drone Cameras

Ukraynada yaralanan azərbaycanlı Moldovaya təxliyə olunub

Ukraynanın Xarkov vilayətində güllə yarası almış Azərbaycan vətəndaşı, TIR sürücüsü Samir Tahirov Seydulla oğlu Moldovaya təxliyə olunub.

Bu barədə  Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki Fəxri Konsulluğundan məlumat verilib.

“Samir Tahirov Xarkov şəhər xəstəxanasında müalicə olunurdu. Hadisə baş verdikdən sonra ölkəmizin Xarkov şəhərində fəxri konsulluğu həmvətənimizin müalicə prosessini diqqət mərkəzində saxlanılıb. Yaralının ilkin dönəmdə vəziyyətinin ağır olması və həkimlərin tövsiyəsinə əsasən onun müalicəsi Xarkov şəhərində başlanıb və burada davam etdirilib”, – konsulluqdan bildirilib.

İvano-Frankovsk Azərbaycanlıları Konqresinin sədri Mətləb Nəcəfov “Report”a bildirib ki, Samir Tahirov və bir neçə sürücü öz çalışdığı şirkətin maliyyə dəstəyi və Konqresin təşkilatı dəstəyi ilə təxliyyə olunub. Onlar təcili tibbi yardım maşını ilə Xarkov şəhərindən Moldova sərhəddinə doğru təxliyyə edilib.

Qeyd edək ki, Xarkov şəhərində vəziyyətin ağır olmasına baxmayaraq ölkəmizin fəxri konsulluğu Xarici İşlər Nazirliyinin təlimatları əsasında fəaliyyətini davam etdirməklə, həmvətənlərimizin üzləşdikləri problemlərin həllinə çalışır.

Check Also

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı  əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu …