Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Ukraynada yaşayan 40-a yaxın azərbaycanlı saxlanıldı

Ukraynanın paytaxtı Kiyev şəhərinin Desnyanskiy rayonunda yerləşən “Troeşina” bazarında 40 nəfərə yaxın azərbaycanlı yerli polis və miqrasiya orqanları tərəfindən saxlanılıb.

Boyukmillet.com xəbər verir ki, Report-un Şərqi Avropa bürosunun Miqrasiya Xidmətindən əldə etdiyi məlumata görə, onların saxlanmasına səbəb ölkədə qanunsuz (sənədsiz) yaşamaları olub.Saxlanılanlar mərhələli şəkildə deportasiya olunmaq üçün Ukrayna Dövlət Miqrasiya Xidmətinin miqrantlar üçün nəzərdə tutulmuş yerlərində saxlanılır.Qeyd edək ki, Ukraynada miqrasiya qanunvericiliyinin tələblərini yoxlamaq məqsədilə mütəmadi olaraq reydlər keçirilir. Aşkar edilən sənədsiz əcnəbilər arasında hələ də keçmiş SSRİ-nin pasportunu daşıyanlara da rast gəlinir.

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …