Çərşənbə axşamı , 10 Fevral 2026
Drone Cameras

Ukraynalı deputatlar Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək

Ukrayna Ali Radasının nümayəndə heyəti fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə edəcək.

Boyukmillet.com xəbər verir ki, müşahidə missiyasına Ukrayna Ali Radası sədrinin müavini Olena Kondratyuk başçılıq edəcək.

Müşahidə missiyasına ukraynalı deputatlar – Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Valeriy Kolyux, Sergey Bunin və Ukrayna Ali Radası sədrinin müavini Olena Kondratyukun beynəlxalq məsələlər üzrə müşaviri Oleksandr Mişenko daxildir.

Qeyd edək ki, Ukrayna Ali Radasının müşahidə missiyası fevralın 4-8-də Azərbaycanda səfərdə olacaq, seçkinin nəticələrinə dair hesabat hazırlayacaq.

Check Also

Əli Kərimli barədə qərar- daha 4 ay…

AXCP sədri Əli Kərimlinin həbs müddəti uzadılıb. Bu barədə partiya rəhbərinin şəxsi Facebook səhifəsindən məlumat …