Cümə , 27 Mart 2026
Drone Cameras

Ukraynanın baş komandanı: “Rusiyanın nüvə təhdidlərindən qorxmuruq”

“Nüvə təhdidləri bizə mane olmayacaq, ərazilərimizi işğalçılardan təmizləməyə davam edəcəyik”.

Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı ABŞ-ın “Vaşinqton Post” qəzetinə müsahibəsində deyib.

O bildirib ki, Ukrayna ordusu üçün ən pis ssenari nüvə müharibəsidir: “Kəşfiyyat məlumatlarına əsasən onu deyə bilərəm ki, düşmən Zaporojye Atom Elektrik Stansiyasında (AES) da terror aktı hazırlaya bilər. Amma bütün bunlar bizə mane olmur. Biz öz işimizi görürük”.

Qeyd edək ki, Rusiya rəsmiləri, o cümlədən Prezident Vladimir Putin daha əvvəl demişdi ki, ölkənin təhlükəsizliyi üçün təhdid yaranarsa, nüvə silahı tətbiq edəcəklər.

Check Also

Yerevanda etirazçılar 44 günlük müharibə ilə bağlı hesabatın açıqlanmasını tələb ediblər

“Kavkazski uzel”in materialı Həlak olmuş və itkin düşmüş hərbçilərin yaxınları Ermənistan parlamentindən 44 günlük Qarabağ …