Çərşənbə axşamı , 25 Fevral 2025
Drone Cameras

Ukraynanın Baş naziri: “Ölkənin infrastrukturuna 100 milyard dollardan çox ziyan dəyib”

“Bu gün Ukraynanın müharibə nəticəsində infrastruktur itkiləri 100 milyard dollardan artıqdır”.

Boyukmillet.com xəbər verir ki, bunu ölkənin Baş naziri Denis Şmıqal İsveçrənin Luqano şəhərində Ukraynanın bərpası üzrə konfransda çıxışı zamanı deyib.

“Biz Ukraynanın elektron xəritəsini yaradırıq, burada müharibənin vurduğu bütün itkiləri qeyd edirik. Bu xəritə daim yenilənir, itkilər dərhal bir neçə tərəfdən qeyd olunur və yoxlanılır. Hökumətin qabaqcıl rəqəmsal alətləri sayəsində və “Diya” veb-tətbiqi ilə Ukraynanın hər bir vətəndaşı öz dağıdılmış evi barədə məlumat təqdim edə bilər. Bazada artıq təxminən 250 min müraciət mövcuddur”, – D.Şmıqal bildirib.

Check Also

İranlı nazir müavini: Təhsil sistemində 120 tədris problemi aşkarlanıb

Təhsil sistemində 120 tədris problemi aşkarlanıb. Boyukmillet.com “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İranın …