Çərşənbə axşamı , 24 Noyabr 2026
Drone Cameras

Ukraynanın müdafiə naziri Kiyev üçün əsas təhlükəni açıqlayıb

Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Aleksiy Reznikov bildirib ki, o, dünya ictimaiyyətinin bu ölkədəki münaqişədən yaranan “yorğunluq sindromu”nu əsas təhlükə hesab edir.

Boyukmillet.com xəbər verir ki, nazir bu barədə CNN telekanalına müsahibəsində bildirib.

“Bunu yorğunluq sindromu adlandırıram və mənim üçün bu, əsas təhlükələrdən biridir”, – Reznikov beynəlxalq ictimaiyyətin münaqişədən yorulmağa başlayacağından qorxması ilə bağlı suala cavab verib.

Nazir qeyd edib ki, bu təhlükə ilə işləmək, ünsiyyət qurmaq, insanlardan soruşmaq lazımdır.

Müdafiə naziri bu yorğunluğun Ukrayna üçün çox təhlükəli olduğunu da vurğulayıb.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …