Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Ukraynanın Sumı şəhəri bombalanıb, 9 dinc sakin həlak olub

Martın 7-dən 8-nə keçən gecə Rusiya ordusunun döyüş təyyarələrinin Ukraynanın Sumı şəhərini bombalaması nəticəsində 2-si uşaq olmaqla 9 dinc sakin ölüb.

Boyukmillet.com UNİAN-a istinadən xəbər verir ki, məlumatı Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin mətbuat katibliyi yayıb.

Bildirilib ki, bomardman zamanı şəhərin Romenskaya və Spartak küçələrində yaşayış binası uçub.

Binanın dağıntıları altından 9 nəfərin meyiti çıxarılıb.

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …