Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Urmiya gölü tamamilə quruyub

İranın Qərbi Azərbaycan vilayətində yerləşən Urmiya gölü tamamilə quruyub.

Boyukmillet.com bu barədə TRT-yə istinadən məlumat verir.

Qeyd olunub ki, dünyanın ən böyük duzlu göllərindən olan Urmiya gölünün qurumasına dair peyk görüntüləri İran mediasında yayımlanıb.

Xatırladaq ki, daha əvvəl İran rəsmiləri görülən tədbirlər nəticə verməsə, gölün yayın axırına qədər quruyacağını bildirmişdilər.

Onu da bildirək ki, Tehran administrasiyası gölün bərpası üçün 6 milyard dollar büdcəli böyük ekoloji layihəyə başlasa da, ölkədə davam edən quraqlıq səbəbindən istənilən nəticə əldə olunmayıb.

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …