Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Vətən Müharibəsində iştirak edən qazilərə sosial psixoloji dəstək tədbirlərinin təşkili məqsədi ilə Göygöl rayonunda Dəyirmi masa keçirildi

“Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Qrant müsabiqəsinə təqdim olunan “Vətən Müharibəsində iştirak edən qazilərə sosial psixoloji dəstək tədbirlərinin təşkili” adlı layihənin qalib olmuşdur.

Boyukmillet.com xəbər verir ki, Layihənin məqsədi: Lənkəran şəhərində və Göygöl rayonunda, hər birində 20 nəfər olmaqla, ümumilikdə 40 nəfər ağır, sosial-psixoloji vəziyyətdə olan Vətən Müharibəsində iştirak edən qazilərə sosial-psixoloji xidmətlərinin göstərilməsi, görünən problemləri aradan qaldırmaq üçün dəstəyin verilməsi, hər rayonda 20 nəfər olmaqla Vətən Müharibəsində iştirak edən qazilərə 5 psixoloji seansların keçirilməsi, iştirak edən qazilərə sosial, psixoloji və fiziki sağlamlıq, iqtisadi vəziyyətini yaxşılaşdırmaq, məşğulluq problemlərinin həllində dəstək verilməsi nəzərdə tutulub.

Layihədə nəzərdə tutulan 25.04.2023-cü il tarixində Göygöl rayonunda 20 nəfər Qarabağ Müharibəsi Qazilərinin iştirakı ilə dəyirmi masa keçirildi. Dəyirmi masada müxtəlif dövlət qurumlarının əməkdaşları, Göygöl rayon İcra Hakimiyyətinin nümayəndələri ilə birlikdə QHT-nın nümayəndələri, psixoloqlar, tibb işçiləri iştirak etdilər. Layihə rəhbəri, “Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda” İctimai Birliyinin sədri Firuzə xanım Babayeva  tədbirə gələnləri salamladı, Azərbaycanın Himni səsləndirildi, Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Ulu Öndərimiz Heydər Əliyev tərəfindən irəli sürülən sosial siyasətin Azərbaycan modelinin mahiyyətini, və Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial siyasətin prioritetlərini qazilərimizə çatdırıldı. Rayon ərazisində Qazilərə verilən dəstək, görülən işlər, problemlər  və həlli yolları müzakirə edildi. Qazilər tərəfindən verilən təkliflər dillənildi, həlli yolları müzakirə edildi. Psixoloq tərəfindən ilkin konsultasiya tipli məsləhətlər verildi. Sonda xatirə şəkili çəkdirildi.

“Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Qrant müsabiqəsinə təqdim olunan “Vətən Müharibəsində iştirak edən qazilərə sosial psixoloji dəstək tədbirlərinin təşkili” adlı layihənin dəstəyi ilə Göygöl rayonunda dəyirmi masa keçirilmişdir.

“Əlillərin Beynəlxalq Əməkdaşlığı” İctimai Birliyinin Mətbuat xidməti

Check Also

Azərbaycan hərbçisinin vəfat etdiyi bildirilir

Nazirlik ölüm səbəbi kimi səhhətinin qəfil pisləşməsini göstərir Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəhri Fərman oğlu …