Təbrikdə deyilir:
“Əziz qadınlar!? 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə hamınızı təbrik edir, Sizə uzun ömür can sağlığı və xoşbəxtlik arzulayıram. Bu gün dünyanın əksər ölkələrində qadınların ictimai-siyasi və mədəni proseslərdə rolu daha da artır. Dünyanın xoşbəxt gələcəyi üçün daim narahat olan qadınlar elm, incəsənət, mədəniyyət, siyasət, ümumiyyətlə həyatın bütün sahələrində kişilərlə çiyin-çiyinə addımlayırlar. Sevindirici haldır ki, Azərbaycan qadınları da bu ümumi prosesdən geri qalmır, ölkənin və cəmiyyətin həyatında getdikcə daha fəal iştirak edirlər. Azərbaycan qadını həm ötən əsrin əvvəllrində vüsət almış milli-azadlıq hərəkatında, həm də azad və demokratik cəmiyyət quruculuğu uğrunda son illər apardığımız mübarizənin ön cərgələrində olublar. Azərbaycanın gələcəyi qadınlarımızın intellektual və mədəni səviyyəsindən, övladlarına verdikləri tərbiyədən, ictimai həyatın bütün sahələrində fəal mövqe nümayiş etdirmələrindən asılıdır.
Əziz qadınlar!
Hamınıza cansağlığı, ailə səadəti, xoşbəxtlik və gələcək işlərinizdə uğurlar diləyirəm.
Bayramınız mübarək olsun! Tanrı sizləri qorusun!
Check Also
“Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi – 610 min manatlıq fırıldaq
“Toyota Bakı Mərkəzi”nin sürücüsü 1986-cı il təvəllüdlü Vüsal Kərimov (soyadlar şərtidir) həbs olunub. O, tanışı …
Boyukmillet.com Biz yanmasaq vətən yanar