Cümə , 22 Noyabr 2024
Drone Cameras

Vəzifəli şəxsin 396 min manat ziyan vurduğu gəmi kapitanı Prezidentə müraciət etdi-Video

Astara rayon Şahağaçı kəndinin sakini olan – Mədətov Rəşad Ramiz oğlu Azinforum.az-a ünvanladığı videomüraciətdə bildirir ki, Astara rayon icra başçısının Şirakaran kəndi üzrə ərazi nümayəndəsi işləmiş – Əliyev Tofiq Həsən oğlu torpaq sahəsi almaq adı ilə ona 396 min 500 manat ziyan vurub.

Bu əməlinə görə o, cinayət məsuliyyətinə cəlb edilərək, 8 il 6 ay cəzaya məhkum edilib və hazırda Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəsissəsində saxlanılır. Maraqlıdır ki, bu qədər dəymiş ziyanın müqabilində Mədətov Rəşad Ramiz oğlu nə istintaq, nə də məhkəmə tərəfindən zərərçəkən kimi tanınmayıb. Məhz buna görə də Mədətov Rəşad Prezident İlham Əliyevə müraciət edib, ondan ölkə başçısı kimi bu işə ədalətli baxılmasına göstəriş verməsini xahiş edir.

Qeyd edək ki, külli miqdarda zərər vurulan şəxs peşəkar dənizçidir, hazırda gəmi kapitanı kimi fəaliyyət göstərir.

Boyukmillet.com Mədətov Rəşadın Prezidentə ünvanladığı şikayətin video variantını olduğu kimi təqdim edir:

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …