Bazar , 23 Fevral 2025
Drone Cameras

Vadim Vasilyevin müalicə müddəti uzadılıb

Azərbaycan milli komandasının keçmiş futbolçusu Vadim Vasilyevin müalicə müddəti uzadılıb.

Bunu “Report”a açıqlamasında bir müddət əvvəl insult keçirən sabiq hücumçu bildirib.

O, fizioterapiyanı mayın sonuna qədər davam etdirəcəyini söyləyib: “Müalicəm davam edir, hər gün xəstəxanaya gedirəm. Həkimlər fizioterapiyanı mayın sonuna qədər davam etdirməyin vacibliyini deyiblər. Dərmanlarımı qəbul etməli, fizioterapiyanı dayandırmamalıyam”.

V.Vasilyev səhhətinin yaxşıya doğru getdiyini deyib: “Əvvəlki günlərə nisbətən səhhətim yaxşılaşıb. Hiss edirəm ki, mayın sonuna qədər daha da yaxşı olacaq”.

“Liv Bona Dea”da müalicə alan veteran futbolçu son açıqlamasında müalicəsini mayın 9-a qədər davam etdirməli olduğunu bildirmişdi.

Qeyd edək ki, Vadim Vasilyev 1999-2003-cü illərdə Azərbaycan yığmasında çıxış edib və 33 oyunda 2 qol vurub.

Check Also

Azərbaycan millisinin sabiq futbolçusu futboldan ömürlük uzaqlaşdırılıb

Azərbaycan millisinin sabiq futbolçusu Adil Nağıyev futboldan ömürlük uzaqlaşdırılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə …