Bazar , 23 Fevral 2025
Drone Cameras

Vahid Milli Hərəkat Partiyası: “Saakaşvili tezliklə azad olunacaq”

Gürcüstanın Vahid Milli Hərəkat Partiyasının üzvü Yekaterina Xerxeulidze bildirib ki, keçmiş prezidenti Mixeil Saakaşvili tezliklə azadlığa çıxacaq.

Boyukmillet.com-un “RİA Novosti”yə istinadən məlumatına görə, partiya üzvü bu barədə jurnalistlərə açıqlamasında deyib.

“Saakaşvili çox qısa zamanda azadlığa buraxılacaq, tezliklə həbsxanadan çıxacaq. Necə? Hamımız birlikdə görəcəyik”, – o deyib.

Yekaterina Xerxeulidze əlavə edib ki, yaxın vaxtlarda xəbərləri və saxlanılması ilə bağlı bütün rəyləri ona çatdırmaq üçün siyasətçi ilə görüşməyi planlaşdırır.

Xerxeulidze həmçinin Ukrayna prezidenti Volodimir Zelenskinin Saakaşvilinin işi ilə şəxsən məşğul olacağı barədə bəyanatını qoçaq addım adlandırıb.

Check Also

Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirilib, 353 nəfər saxlanılıb

Türkiyənin 31 vilayətində FETÖ-yə qarşı əməliyyat keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin daxili …