Çərşənbə , 10 Dekabr 2025
Drone Cameras

Vilayət Eyvazov yeni rəis müavini təyin edib

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

Boyukmillet.com xəbər verir ki,bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Elşən Quliyev Kəlbəcər Rayon Polis Şöbəsinin (RPŞ) xidmət üzrə rəis müavini təyin edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti “Report”a faktı təsdiqləyib.

Qeyd edək ki, E.Quliyev bu təyinata qədər Kəlbəcər RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinin rəisi vəzifəsində çalışıb.

Xatırladaq ki, ilk məlumatı oxu.az saytı yayıb.

Check Also

“Daxili qoşunlar haqqında” yeni qanun layihəsini qəbul edildi

Milli Məclisin bu gün keçirilən iclasında “Daxili qoşunlar haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb. “Daxili …