Şənbə , 14 Mart 2026
Drone Cameras

Virusoloqdan qorxulu açıqlama: “Koronavirus heç vaxt bizi tərk etməyəcək”

Virusoloqdan qorxulu açıqlama: “Koronavirus heç vaxt bizi tərk etməyəcək”

 04 Aprel 2020 11:44

“Dünya əhalisinin 70 faizi bu infeksiyaya yoluxacaq”.

Bu barədə Rusiya Elmlər Akademiyasının akademiki, virusoloq Vitali Zverev “Rossiya-1” kanalında “60 minut” verilişində açıqlama verib.

O, bu virusun əbədi olaraq bəşəriyyətdə qalacağını dərk etməyə çağırıb.

“Başa düşməlisiniz ki, bu virus insanlığa bu gün üçün, yaxud yaya, payıza qədər gəlməyib. O, uzun illər, bəlkə də, əbədi olaraq bizimlə qalacaq”, – deyə o bildirib.

Virusoloq, müxtəlif hesablamalara görə, daha da çox insanın koronavirusa yoluxa biləcəyini ifadə edib.

Bununla belə, Zverev COVID-19-dan ölüm nisbətinin qriplə müqayisədə daha az olduğunu vurğulayıb.

“Və bu, adenovirus ilə, qriplə olduğu kimi yaşayacağımız infeksiyadır”, – deyə o bildirib. (oxu.az)

Check Also

Saakaşvili: Gürcüstanda azərbaycanlı gənclərin radikallaşması təhlükəlidir

Gürcüstanda azərbaycanlı gənclərin bir hissəsi İranın radikal təsirinə məruz qalır və bu vəziyyət etnik münaqişə …