Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Vitse-prezidentdən CHP-nin boykot çağırışına reaksiya – “Heyrətlə izləyirəm”

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz CHP sədri Özgür Özəlin boykot çağırışını “çox zərərli” adlandırıb.

Boyukmillet.com xəbər verir ki, vitse-prezident bu barədə “Habertürk TV”nin efirində danışıb. “Ana müxalifət lideri boykot çağırışları edir. Mən bunu həqiqətən heyrətlə izləyirəm. Bir tərəfdən iqtisadiyyatı tənqid edirsiz, digər tərəfdən də bu ölkənin milli və yerli şirkətlərini hədəfə alırsız”, – o deyib. Yılmaz qeyd edib ki, CHP-nin bu çağırışları məsuliyyətsiz siyasətdir və bunun nəticəsində boykot olunan şirkətlərdə işləyən insanlara, Türkiyənin istehsalına, milli sərvətlərinə ziyan dəyə bilər.

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …