Cümə axşamı , 12 Mart 2026
Drone Cameras

Vüqar Oruc yenidən ACQ-nin sədri seçildi

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin 8-ci Hesabat-Seçki Konfransı baş tutub. 

Boyukmillet.com xəbər verir ki, Konfrans çərçivəsində Cəmiyyətin İdarə Heyətinin və Nəzarət-Təftiş Komissiyasının üzvlüyünə seçkilər keçirilib. Səsvermə nəticəsində Vüqar Oruc növbəti dəfə AQC-nin idarə heyətinin sədri seçilib.

Eyni zamanda Fərid Rüstəmov, Azər Niftiyev, Nail Həşimov, İbrahim Quliyev, Orxan Həsənov, Asif Yusubov, Xətai Teymurov, Rüfət Əliyev, Samir Nəsibov, Eldar Təhməzov AQC-nin idarə heyətinin üzvləri təyin olunub. Namiq Məmmədov, Emin Novruzov, Tural Bağırov isə Nəzarət-Təftiş Komissiyasının üzvləri seçiliblər.

Qeyd edək ki, bundan öncə 2022-ci ildə keçirilən AQC-nin 7-ci Hesabat-Seçki Konfransında Vüqar Oruc Cəmiyyətin idarə heyətinin sədri seçilmişdi.

Check Also

Fevralda 6 000-ə yaxın əcnəbi Azərbaycanda müvəqqəti yaşama icazəsi ilə bağlı müraciət edib

Ötən ay 5875 əcnəbi Azərbaycanda müvəqqəti yaşama icazəsinin alınması (uzadılması) ilə bağlı müraciət edib. Bu …