Aprelin 15-də Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Nəsillərin görüşü” adlı zona konfransı keçirilib.
Boyukmillet.com xəbər verir ki, konfransda çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev 44 günlük Vətən müharibəsinin dünya hərb tarixinə qızıl hərflərlə həkk olunduğunu, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində böyük qəhrəmanlıqlara imza atdığını bildirib. Sektor müdiri dövlətin şəhid ailələrini, veteranları, müharibə əlillərini daim diqqət mərkəzində saxladığını qeyd edib.
Vüsal Quliyev, həmçinin bəzi şəxslərin və veteran adı daşıyan təşkilatların bu statusdan sui-istifadə cəhdlərini də qınayıb, bu cür hallara qarşı birgə mübarizənin vacibliyinə toxunub. Sektor müdiri bildirib ki, veteranlar müharibədə olduğu kimi, bu sahədə də aktiv olmalı, milli maraqların, dövlətin və dövlətçiliyin keşiyində dayanmalıdırlar.Vüsal Quliyev veteran təşkilatlarına bu cür görüşlərin mütəmadi təşkil olunmasını, veteran təşkilatlarının beynəlxalq veteranlar hərəkatında daha aktiv iştirak etmələrini tövsiyə edib.
Check Also
Ermənistanda azərbaycanlılara məxsus 200-dən çox qəbiristanlıq yol, ev və əkin sahələri ilə əvəzlənib
İndiki Ermənistan ərazisində azərbaycanlılara məxsus 201 qəbiristanlıq yol, ev, sənaye və istehsal obyektləri, eləcə də …


Boyukmillet.com Biz yanmasaq vətən yanar
