Zəfər forumunun növbəti ünvanı Gəncə şəhəri olub Biləsuvardan start götürən Zəfər forumunun növbəti ünvanı oktyabrın 18-də Gəncə şəhəri olub.Forumda Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev çıxış edərək, Zəfər forumunun Gəncə şəhərində keçirilməsinin təsadüfi olmadığını, 44 günlük Vətən müharibəsi zamanı Gəncənin erməni təcavüzkarlarının xaincəsinə törətdiyi terror aktlarına qarşı sarsılmaz dözüm və qəhrəmanlıq nümayiş etdirdiyini vurğulayıb. O, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Ermənistanın Gəncədə törətdiyi terror aktı zamanı paylaşdığı sözləri xatırladıb: “Gəncə Azərbaycanın döyünən ürəyidir və heç kəs heç vaxt onun sakinlərinin məğrur ruhunu sındıra bilməz!”. Vüsal Quliyev Müzəffər Ali Baş Komandanın qətiyyəti, xalqımızın sıx birliyi, əsgər və zabitlərimizin qəhrəmanlığı sayəsində əldə olunan Qələbənin tarixi inkişafımızda və yüksəlişimizdə yeni mərhələnin uğurlu başlanğıcının əsasını qoyduğunu bildirib. Qeyd edib ki, Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsi dövründə həm diplomatiya sahəsində, həm də informasiya məkanında gedən müharibədə əzmlə, dəyanətlə mübarizə apararaq Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırdı. Zəfər forumlarının bütün ölkəni əhatə edəcəyini söyləyən V.Quliyev bildirib ki, bu forumlar yerlərdə xüsusilə gənc nəslin Qələbəmiz barədə daha dolğun məlumatlanmasına imkan verəcək. Qeyd edək ki, növbəti forumlar Ağstafa, Qusar, Ağdam, İsmayıllı, Sabirabad və Bakıda keçiriləcək.
Check Also
Əliyevin köməkçisi Bakını tərk edən konqresmen və senatora cavab verib
“ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər” Azərbaycan Respublikası Prezidentinin …