Çərşənbə axşamı , 3 Sentyabr 2024
Drone Cameras

Vüsal Xanlarov: “Bakalavr təhsil pilləsinə qeydiyyat prosesi rəqəmsallaşdırılacaq”

Yaxın gələcəkdə bakalavr təhsil pilləsinə qeydiyyat prosesinin rəqəmsallaşması planlaşdırılır.

Boyukmillet.com xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov deyib.

Onun sözlərinə görə, bu ildən Azərbaycan Texniki Universiteti ilə tamamilə kağızsız formada qeydiyyat prosesinin həyata keçirilməsi planlaşdırılır: “Artıq “mygov” platforması üzərindən magistratura və əlavə təhsillə bağlı qeydiyyat prosesi aktivdir. Yaxın gələcəkdə bakalavr, ondan sonda rezidentura və doktorantura üçün qeydiyyat və qəbul elektron qaydada həyata keçiriləcək”.

Check Also

Tokayev: “2025-ci ildə Xəzərin dibi ilə fiber-optik kabel xəttinin çəkilişini başa çatdıracağıq”

2025-ci ildə Xəzər dənizi ilə fiber-optik kabel xəttinin çəkilməsi layihəsi başa çatacaq. Boyukmillet.com xəbər verir …