Şənbə , 10 Yanvar 2026
Drone Cameras

Xəzər dənizində Rusiyanın sərnişin gəmisi batıb

Xəzər dənizində Rusiyanın göyərtəsində iki sərnişin və bir kapitanın olduğu kiçik gəmisi batıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə TASS Rusiyanın İstintaq Komitəsinə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə zamanı iki nəfər itkin düşüb.

“İlkin məlumata görə, Xəzər dənizi akvatoriyasında gəmi hava şəraitinin pisləşməsi səbəbindən sahil xəttindən təxminən 7 km məsafədə hərəkət zamanı dalğanın təsirindən çevrilib və göyərtədə olan bütün şəxslər suya düşüb. Üç saatdan çox soyuq suda qaldıqdan sonra iki kişi itkin düşüb”, – məlumatda deyiilir.

Bildirilib ki, daha bir nəfər qayıq tərəfindən sahilə çıxarılıb. O, xəstəxanaya yerləşdirilib.

Hazırda itkin düşənlərin axtarışı davam edir. Müstəntiqlər hadisənin bütün hallarını müəyyən etmək üçün araşdırma aparırlar.

Check Also

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı  əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu …