Cəlilabad rayon Zərbəlli kənd sakini Bəşirov Rəfael Fitrət oğlu Azinforum.az İnformasiya Portalına müraciət edərək Həkim Tibbi Komissiyası tərəfindən əsasız yerə incidildiyini bildirib. Onun sözlərinə görə, 5 ildir ki, ağır və sağalmaz xəstəlikdən əziyyət çəkən həyat yoldaşı Bəşirova Qızılgül Əbdül qızına əlillik dərəcəsi verilmir. Şikayətçi deyir ki, həyat yoldaşını müayinə edən Həkim Tibbi Komissiyasının üzvləri ona qəribə məsələt verərək bildiriblər ki, get yoldaşını boşa özünə ayrı ailə qur, bundan sənə ailə olmayacaq. Azinforum.az vətəndaşın şikayətini olduğu kimi təqdim edir.