Cümə axşamı , 2 May 2024
Drone Cameras

Xızıda 91 ədəd partlamamış sursat TAPILDI – FOTO

 

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Agentlik tərəfindən keçirilmiş təcili təxirəsalınmaz əməliyyat barədə  gündəlik operativ məlumat yayıb.

ANAMA-dan Boyukmillet.com-a verilən məlumata görə, oktyabrın 21-də  partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 91 ədəd partlamamış hərbi sursat (PHS), 28 ədəd partlamış-yanmış mərmi qalıqları və 1 181 kq yandırma məhsulu aşkar edilərək götürülüb.

Nəticə etibarilə 574 600 kv.m (57.46 ha) ərazi yoxlanılıb.

 

Ümumiyyətlə, 49 gün ərzində 12 ev, 46 evin həyətyanı sahəsinə, 13 ferma ərazisinə, 41 əkin sahəsinə, 12 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xəttinə, 1 rabitə qovşağına, 1 telestudiya ərazisinə, 2 kənd qəbiristanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə baxış keçirilib, 13 125 ədəd partlamamış hərbi sursat (PHS), 5 411 ədəd partlamış-yanmış sursat qalıqları və 45 788 kq yandırma məhsulu aşkar edilərək götürülüb. Nəticə etibarilə 49 037 508 kv.m (4 904 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb. 

Boyukmillet.com

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir