Cümə axşamı , 5 Noyabr 2026
Drone Cameras

Xalq artisti Telman Adıgözəlovun anım günüdür

Azərbaycanın məşhur televiziya, teatr və kino aktyoru, aparıcı, Xalq artisti Telman Adıgözəlovun anım  günüdür.

Boyukmillet.com -un məlumatına görə, Adıgözəlov Telman Abbasqulu oğlu 1953-cü ildə Balakən şəhərində anadan olub. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirdikdən sonra Akademik Milli Dram Teatrında fəaliyyətə başlayıb. Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” , İlyas Əfəndiyev “Xurşidbanu Natəvan”, “Mahnı dağlarda qaldı”, Şekspirin “Maqbet”, Mirzə İbrahimovun “Közərən ocaqlar” və onlarla digər tamaşalarda yaddaqalan maraqlı obrazlar yaradıb.

İstedadlı aktyor Dövlət televiziyasında hazırlanmış “Yaşıl eynəkli adam”, “Ordan-burdan”, “Qonşular”, “Azərbaycanfilm” kino studiyasında istehsal olunmuş “Nəsimi”, “Üzü küləyə”, “Xatirələr sahili” kimi filmlərdə xarakterik rollar ifa edib.

Telman Adıgözəlov 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti və 2006-cı ildə Xalq artisti fəxri adlarına layiq görülüb.

Telman Adıgözəlov 2010-cu il aprelin 15-də 56 yaşında ürək çatışmazlığından vəfat edib.

Check Also

Ryazana kütləvi dron hücumu sənaye obyektlərində yanğınlara səbəb olub

Rusiyanın Ryazan vilayətinə kütləvi dron hücumu nəticəsində bir nəfər yaralanıb, sənaye müəssisələrində yanğınlar baş verib …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir