Bazar , 19 May 2024
Drone Cameras

Xarici KİV-lər: Yunanıstanda İranın terror şəbəkəsi ifşa edilib

İsrailin “Mossad” təşkilatı bəyan edib ki, onun kəşfiyyat məlumatlarının köməyi ilə Yunanıstanın təhlükəsizlik xidməti bu ölkədə İrana məxsus şəbəkənin terror aktının qarşısını almağa müvəffəq olub.

Boyukmillet.com xəbər verir ki, Yunanıstan Baş nazirinin ofisi “Mossad”ın köməyi ilə İranın terror şəbəkəsinin ifşa edildiyi barədə məlumat yayıb. İsrailin kəşfiyyat agentliyi yunanıstanlı həmkarlarına İranın əməliyyat planlarını təhlil etmək, terror təşkilatının əsas metodlarını aşkarlamaq sahəsində yardım göstərib.

“Mossad”ın bəyanatında deyilir ki, iranlı terrorçular Yunanıstandakı yəhudiləri hədəf alıblar. Onların digər ölkələrdə də İsrail nümayəndəliklərinə qarşı terror aktları törətmək planları var. “Mossad”, eyni zamanda, İranın Yunanıstandakı terror şəbəkəsi ilə qlobal terror əməliyyatları arasında əlaqəni müəyyən etməyə də kömək edib. Biz tərəfdaşlarımızla birlikdə İranın dünyada sabitliyə zərbə vurmaq niyyətinin qarşısını almaq istiqamətində fəaliyyətimizi yorulmadan davam etdirəcəyik”, -deyə bəyanatda bildirilir.

“The Jerusalem Post” bildirib ki, İranın terror şəbəkəsi Afinadakı yəhudi sinaqoquna hücum planı hazırlayıb. Bu sinaqoq Yunanıstan paytaxtının mərkəzində yerləşir və eni zamanda, restoran kimi də fəaliyyət göstərir. Yunan mətbuatının yazdığına görə, terror hücumunu İranda təlim keçmiş və pulla ələ alınmış əcnəbi terrorçular həyata keçirəcəkmiş. “Katimerini” qəzeti yazır ki, terrorçular odlu silah tapa bilmədiyindən, sinaqoqa qaz balonu ilə hücum etməyi planlaşdırıblar.

Check Also

Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib, 22 nəfər həbs olunub

Türkiyənin Şanlıurfa və Konya şəhərlərində İŞİD terror təşkilatına qarşı yeni əməliyyat keçirilib. Boyukmillet.com xəbər verir ki, …