Bazar , 11 Yanvar 2026
Drone Cameras

Xarkov və Dneprin hava limanı müvəqqəti bağlanıb

Ukraynanın Xarkov və Dnepr şəhərlərində beynəlxalq hava limanları müvəqqəti bağlanıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Avianews” məlumat yayıb.

Qeyd olunub ki, fevralın 23-də axşam saatlarında Xarkov hava limanı müvəqqəti olaraq bir neçə saatlıq bağlanıb. Dnepr hava limanı üçün də oxşar göstəriş verilib.

Belə ki, Xarkov hava limanının uçuş-enmə zolağı fevralın 23-ü Bakı vaxtı ilə saat 22:35-dən fevralın 24-ü Bakı vaxtı ilə 10:35-dək uçuşları qəbul etmir. Dnepr hava limanı fevralın 24-ü Bakı vaxtı ilə saat 02.00-dan Bakı vaxtı ilə 09.00-a qədər bağlı olacaq.

Hava limanlarının bağlanmasının səbəbləri barədə məlumat verilmir.

Check Also

Tehrandan Trampa açıq hədələmə: “İsrail və ABŞ bazaları qanuni hədəf olacaq”

İran hakimiyyəti ABŞ-a sərt xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, İran parlamentinin spikeri Məhəmməd Bağır …