Cümə , 20 Mart 2026
Drone Cameras

Xarkovda təxliyə avtobusu atəşə tutulub, 7 nəfər ölüb

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xarkov vilayətində təxliyə avtobuslarını atəşə tutması nəticəsində 7 nəfər ölüb, 27 nəfər yaralanıb.

Boyukmillet.com UNİAN-a istinadən xəbər verir ki, bu barədə Xarkov vilayətinin prokurorluğu məlumat yayıb.

Bildirilib ki, aprelin 14-də İzium rayonunun Borova kəndində mülki sakinlərin təxliyəsi zamanı avtobuslar Rusiya hərbçiləri tərəfindən atəşə tutulub.

Qeyd olunub ki, prokurorluq qəsdən adam öldürmə (Ukrayna Cinayət Məcəlləsinin 438-ci maddəsinin 2-ci bəndi) və müharibə qanunlarının pozulması ilə bağlı ibtidai istintaq başladıb.

Check Also

İranın Azərbaycandakı səfirinin evi VURULDU

İran İslam Respublikasının Azərbaycandakı səfiri Müctəba Dəmirçilunun valideynlərinin yaşadığı ev bombalanıb. Boyukmillet.com xəbər verir ki, …