Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Xarkovun mərkəzi raketlərlə atəşə tutulub, ölənlər var – VİDEO

Rusiya hərbçiləri bazar günü, aprelin 17-də Xarkovu raket atəşinə tutub. Şəhərin mərkəzi hissəsi zərər çəkib və atılan mərmilər nəticəsində yanğınlar baş verib.

Boyukmillet.com bildirir ki, bu barədə məlumatları “Suspilnı“yə vilayət hərbi idarəsinin Səhiyyə Departamentinin direktoru Maksim Xaustov verib.

Məlumata görə, 5 nəfər ölüb, 13 nəfər yaralanıb. Xilasedicilər hadisə yerindədir.

Sizə təqdim etdiyimiz video yerli Telegram kanallarında yayılıb, hücum zamanı çəkilmişdir. Kadrlarda həkimlərin yaralılarla necə davrandığı əks olunub.

Bu arada atışma davam edir.

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …