Bazar , 23 Fevral 2025
Drone Cameras

XİN-dən ermənilərin son təxribatı ilə bağlı daha bir açıqlama

İyunun 16-da Ermənistan tərəfindən bu məntəqəyə və sərhədçilərimizə qarşı törədilmiş təxribatın da məqsədi, Azərbaycan tərəfdən sərhəd buraxılış məntəqəsinin uğurlu fəaliyyətinə kölgə salmaq, məntəqədən təhlükəsiz və sərbəst şəkildə istifadəyə maneçilik törətməkdir.

Boyukmillet.com xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın baş naziri Nikol Paşinyanın iyunun 16-da hökumət iclasında çıxışı zamanı səsləndirdiyi iddialarla bağlı şərhində əksini tapıb.

Qeyd olunub ki, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun yaralanması ilə nəticələnmiş hücumdan sonra, bu təxribatın səbəblərinin araşdırılması, sərhəd buraxılış məntəqəsinin və oradan keçidin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan tərəfindən həyata keçirilən müvafiq tədbirlərin “blokada” kimi qiymətləndirilməsi qəbuledilməzdir.

Check Also

Azərbaycanın hərbi arsenalına və mülki infrastrukturuna vurulmuş maddi ziyanın məbləği elan edilib

Birinci Qarabağ müharibəsi və sonrakı dövrlərdə, habelə İkinci Qarabağ müharibəsi dövründə mülki infrastruktura ümumilikdə 5,2 …