Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Xırdalan sakini: 35 ilə tikib-qurduğumuz ev bir anda külə döndü

Xırdalan sakini 35 il ərzində əziyyətlə tikib ərsəyə gətirdikləri evlərinin bir anda yanıb külə döndüyünü bildirib.

Bu barədə “Report”un yerli bürosunun əməkdaşı ilə söhbətdə iyunun 12-də Xırdalanda baş verən yanğın zamanı evi yanan sakin Zəminə Abassova deyib.

Onun sözlərinə görə, yanğın baş verən zaman evdə qızından başqa heç kim olmayıb:

“Yanğın vaxtı içəridə tək olan qızım deyir ki, ev qəfildən yanmağa başlayıb. Biz gələndə artıq evlərin yuxarı hissəsi alışmışdı. Heç nə edə bilmədik.

35 il ərzində əziyyətlə tikib-qurduğumuz ev bir anda yanıb kül oldu. Evdəki əşyaların da hamısı yanıb. O ev üçün çəkilən bütün zəhmətim hədər getdi”.

Xatırladaq ki, bu gün Xırdalanda fərdi yaşayış evində güclü yanğın baş verib.

Check Also

Bakı, Gəncə və Sumqayıtda BÖYÜK ƏMƏLİYYAT: 7 nəfər həbs edildi – VİDEO

Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar keçirib. Daxili İşlər …