Çərşənbə axşamı , 11 Mart 2025
Drone Cameras

Xızıda yollar qardan təmizlənib

Xızıda yol polisləri yolların qardan təmizlənməsi üçün tədbirlər görüblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan “Report”a verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları istər yolda qalan avtomobillərin hərəkətini davam etdirməsinə, istər sürüşkən yolları keçməkdə çətinlik çəkən piyadalara köməklik göstəriblər.

Gün ərzində hərəkət tənzimlənərək xüsusilə yolayrıcılarında nəqliyyatın sıxlığının baş verməsinin qarşısı alınıb.

Polis əməkdaşları yollara ağır texnika cəlb edilməsini, qum-çınqıl və duz səpilməsini təmin edərək sürücülərin təhlükəsiz hərəkəti üçün şərait yaradıblar.

Eyni zamanda, yol polisi əməkdaşları qış təkərləri olmayan və texniki cəhətdən bu cür hava şəraitinə hazır olmayan nəqliyyat vasitələrinin sahiblərinə də qarlı-buzlu havada yola çıxmamağı tövsiyə ediblər

Check Also

Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”ndə 1 323 mənzilin inşası bitib, açarlar təqdim olunacaq

Kahramanmaraşdakı “Azərbaycan məhəlləsi”ndə 1 323 mənzilin inşası bitib, açarlar təqdim olunacaq. Boyukmillet.com xəbər verir ki, …