Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Xocavənd sakinləri Qələbə sevincini yaşayır

Xocavəndlilər işğaldan azad edilmiş torpaqların qələbə sevincini yaşayır.

“Report”un cəbhə bölgəsinə ezam olunmuş xüsusi müxbiri xəbər veri ki, Xocavənd qəsəbəsinin sakinləri Qələbə yürüşü ediblər.

Rəşadətli Azərbaycan Ordusu tərəfindən dünən Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib. Bu xəbəri eşidən xocavəndlilər qəsəbə ərazisində bayram edir, qələbə sevincini yaşayırlar. b

Xocavənd qəsəbəsinin sakinləri öz sevinclərini “Report”un əməkdaşları ilə bölüşüblər.

Check Also

Sabahın hava proqnozu açıqlanıb

Bakıda və Abşeron yarımadasında oktyabrın 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz …