Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Xocavənddə ermənilərin atıb qaçdıqları xeyli sayda silah-sursat aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı vasitələrdən təmizlənməsi, erməni hərbi birləşmələrinin geri çəkilərkən atdıqları silah-sursatın yığılması üçün daxili işlər orqanlarının əməkdaşları tərəfindən zəruri tədbirlər yerinə yetirilir.

Boyukmillet.com xəbər verir ki, Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarına təhkim olunmuş Xocavənd rayonunun Üçtəpə adlanan ərazisində tərk edilmiş hərbi mövqelərdən xeyli sayda silah-sursat toplanıb.

Ötən bir ilə yaxın müddət ərzində Laçın RPŞ-nin əməkdaşları tərəfindən 13 pulemyot, 3 avtomat, 3 tüfəng, 3 qumbaraatan, 30 əl qumbarası, 1 “Muxa”, 1 “İqla”, 1 minaatan qurğusu, 80 qumbaratan mərmisi, 93 sandıq, 13200 müxtəlif çaplı patronlar, 105 tank və piyada əleyhinə mina və 6 digər partlayıcı vasitə aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Check Also

Keçən ay sərhəddə yarım tondan çox narkotik vasitə aşkarlanıb

Mart ayı ərzində dövlət sərhədində yarım tondan çox narkotik vasitə aşkarlanıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən …