Cümə , 22 Noyabr 2024
Drone Cameras

Xudafərin-Qubadlı-Laçın yoluna düşən qəbirlər və ziyarətgah köçürülüb

Xudafərin-Qubadlı-Laçın yolu layihələndirilən zaman bir sıra köçürülmələr olub.

Boyukmillet.com xəbər verir ki, bu barədə Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd, Xudafərin-Qubadlı-Laçın, həmçinin Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yollarının tikinti layihələri üzrə tərtib olunmuş ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərinin (ƏMTQ) müzakirəsi ilə bağlı ictimai dinləmədə bildirilib.

Qeyd olunub ki, yolun layihələndirilməsi zamanı bir neçə məzarlıq tikintinin altına düşüb. Aidiyyəti qurumların nümayəndələri ilə birlikdə müvafiq sənədləşmə aparılıb, 61 məzar, XVII əsrə aid olan Yaxşının qəbri və Seyyid Babiş Cəfəroğlunun ziyarətgahı köçürülüb.

Proses müvafiq qurumların nümayəndələri, dəfn olunanların yaxınlarının razılığı və iştirakı ilə müvafiq sənədləşmə aparılaraq baş tutub.

Check Also

AYNA: Daha 34 daşıyıcıya 62 xidmət üzrə fərqlənmə nişanları verilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) daha bir neçə taksi …