Cümə , 26 Aprel 2024
Drone Cameras

Xudat Şəhər Xəstəxanasının fəaliyyəti niyə dayandırıldı?

Xudat Şəhər Xəstəxanasının fəaliyyətinin dayandırılması və tibb müəssisəsində çalışanların işdən azad olunması ilə bağlı bəzi sosial şəbəkədə məlumatlar yayılıb. 

Boyukmillet.com-un məlumatına görə, bununla bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi açıqlama verib.

Bildirilib ki, agentliyinin nümayəndələrinin Xudat Şəhər Xəstəxanasının yerləşdiyi binaya baxış zamanı tibb müəssisəsinin vəziyyətinin əhaliyə xidmət baxımından qənaətbəxş olmadığı müəyyən edilib və mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində tədbirlər görülməsi barədə qərar qəbul olunub:

 “Bir daha qeyd edirik ki, ölkədə icbari tibbi sığortanın tətbiqi və ilə əlaqədar tibb müəssisələrində ixtisarların aparılması nəzərdə tutulmamışdır. Əksinə, icbari tibbi sığortanın tətbiqi çərçivəsində tibb müəssisələrində xidmət keyfiyyətinin yüksəldilməsi, eləcə də tibb işçilərinin əmək haqlarına əlavələrin hesablanması qaydası təsdiqlənmişdir”.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …