Cümə , 22 Noyabr 2024
Drone Cameras

Xudayarla bağlı “zarafat”ına görə döyülən gənc danışdı: “Mən paylaşmaq üçün deməmişdim” – VİDEO

Oxuduğu mahnı ilə yaddaşlara yazılan şəhid Xudayar Yusifzadə haqqında xoşagəlməz, “zarafatyana” status yazan şəxsin döyülməsi görüntüləri sosial şəbəkələrdə rezonans doğurub. İstifadəçilərin dediklərinə görə “zarafat”ı yazan şəxs ilə döyülən Fuad Rəsulzadə fərqli adamlardır. Paylaşımdan bir neçə gün sonra gələn təzyiqlərə görə Fuad Rəsulzadə hadisənin necə baş verdiyini açıqlayan paylaşım edib, lakin bir qədər sonra silib. 

Boyukmillet.com  xəbər verir ki, Baku TV-yə danışan F.Rəsulzadə bildirib ki, “zarafat”ı ilk edən o olsa da, paylaşımı dostu edib:

“Mən demişdim ki, paylaşma, amma o paylaşdı. Günlərlə onu təhdid etdilər. Axırda yazdım ki, zarafatı edən mən olmuşam. Haradasa 10-13 nəfər gəlib məni döydü. Hazırda başıma tikiş qoyulub. Daxili orqanlarım əzilməyib. Polis deyir araşdırma aparırıq. Mən sona qədər bu işi araşdıracağam”.

Ətraflı süjeti təqdim edirik:

Check Also

Səmərqənddə məktəbli qızı qaçırıb bir neçə gün zorlayıblar – Şübhəlilərdən biri prokurorluq işçisidir

Özbəkistanın Səmərqənd vilayətində 8-ci sinif şagirdi qaçırılıb, iki həftə girov saxlanılıb və bir neçə nəfər …