Şənbə , 6 Dekabr 2025
Drone Cameras

Xüsusi nümayəndə: “Bu günədək Şuşada 20-yə yaxın sahibkar üçün şərait yaradılıb”

Bu günədək Şuşada fiziki və hüquqi şəxs olmaqla 20-yə yaxın sahibkara fəaliyyəti ilə bağlı müvafiq şərait yaradılıb.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Şuşadakı xüsusi nümayəndəsi Aydın Kərimov Şuşada keçirilən “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” adlı tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, Şuşada “Qarabağ” küçəsində Prezident İlham Əliyev tərəfindən təməli qoyulan, dövlət-özəl tərəfdaşlığı çərçivəsində inşa edilən 10 binanın tikintisi sürətlə davam etdirilir: “Bu binaların 8-i özəl investorlar, 2-si isə Şuşa Şəhər Dövlət Qoruq İdarəsi tərəfindən tikilir. Qeyd edim ki, bu investisiya layihəsinə manat da olsa dövlət vəsaiti sərf olunmur. İlin sonunadək sözügedən binalarda əsasən qonaqlama, ictimai iaşə, ticarət xidmətlərinin təşkili planlaşdırılır”.

Check Also

Çoxmərtəbəli binalara qazın verilməsi dayandırılacaq: Yeni sistem belə işləyəcək

Azərbaycan 2035-ci ilədək çoxmərtəbəli binalarda təbii qazla işləyən avadanlıqların mərhələli şəkildə istifadədən çıxarılmasını və onların …