Şənbə , 18 Yanvar 2025
Drone Cameras

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə daha bir səlahiyyət verilib

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən informasiya təhlükəsizliyi tələblərinə cavab verməsi barədə müsbət rəy alınmadan dövlət informasiya ehtiyatları və sistemləri vasitəsilə elektron xidmətlərin göstərilməsinə yol verilməyəcək.

Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanunu təsidqləyib.

Həmçinin elektron xidmətlər göstərən dövlət informasiya ehtiyatlarını və sistemlərini Dövlət Xidməti təhlükəsizlik meyarları üzrə monitorinq etməli, mühafizə olunan telekommunikasiya kanalları ilə təmin etməli və ildə bir dəfədən az olmayaraq təhlükəsizlik üzrə audit aparmalıdır.

Check Also

Dövlət Xidməti 135 ölkədə 270 741 kompüteri yoluxdurmuş kiberqruplaşmanı ifşa edib

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti bir kiberinsidenti araşdıran zaman 135 ölkədə fəaliyyəti olan …