Cümə axşamı , 12 Mart 2026
Drone Cameras

Yəməndə partlayış zamanı onlarla insan xəsarət alıb, ölənlər var

Yəmənin cənub-qərbindəki Əl-Bayda əyalətində məişət qazı balonlarının doldurulması stansiyasında partlayış nəticəsində iki nəfər həlak olub, onlarla insan zərər çəkib.

Boyukmillet.com xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarındakı mənbəyə istinadən “RİA Novosti” agentliyi bildirib.

Qeyd edilir ki, maye qaz tankerinin olduğu qazdoldurma stansiyasında yanğın başlayıb, nəticədə partlayış baş verib.

Partlayış zamanı iki nəfər həlak olub, daha qırx səkkiz nəfər yaralanıb. Yaralıların çoxunun vəziyyəti ağır qiymətləndirilir.

Mənbə həmçinin bildirib ki, partlayış zamanı yaxınlıqdakı evlərə və avtomobillərə ciddi maddi ziyan vurub.

Check Also

İsrail dronu SEPAH-ın aparıcı fiqurunu Tehranda öldürdü

İranın paytaxtı Tehranda SEPAH-ın Aerokosmik Qüvvələrinin aparıcı şəxslərindən biri hesab olunan Məcid Kaşefi öldürülüb. Boyukmillet.com …