Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Yaponiya Xoya yardım göndərib

Yaponiya İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində zəlzələdən zərərçəkmişlər üçün yardım göndərib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Yaponiyanın İrandakı səfirliyi məlumat yayıb.

“Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində baş vermiş zəlzələdən zərər çəkənlərə yardım göstərmək üçün İmam Xomeyni adına hava limanına Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin qəza-xilasetmə avadanlığı (5500 nəfəri soyuqdan qorumaq üçün) gətirilib.

Biz ürəkdən ümid edirik ki, Yaponiya xilasetmə texnikası bu fəlakətdən zərər çəkmiş insanlara kömək edəcək”, səfirlik bildirib.

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …