Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Yaponiyada anomal istilər səbəbindən 26 nəfər dünyasını dəyişib

Yaponiyada hökm sürən isti hava dalğası bu həftə davam edəcək və növbəti bir neçə gün ərzində pik həddə çatacaq.

Boyukmillet.com “Japan Times”a istinadən xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Agentlikdən bildirilib ki, ölkə ərazisində yaxın bir neçə gün ərzində yüksək temperatur (38-40 Selsi dərəcə) müşahidə olunacaq.

Agentlik istilərlə əlaqədar qurumlara tədbirlərin ləğv edilməsini və ya təxirə salınmasını tövsiyə edib.

Qeyd edək ki, ölkənin Daxili İşlər Nazirliyinin ən son məlumatına görə, iyun ayında ümumilikdə 17 229 nəfər günvurma əlamətləri ilə xəstəxanaya aparılıb ki, bu da 15 ilin ən yüksək göstəricisidir.

Nəticədə 26 nəfər dünyasını dəyişib, 324 nəfər isə günvurmanın ağır əlamətlərindən əziyyət çəkib.

Check Also

İran Hörmüz boğazından istifadə ilə bağlı beynəlxalq razılaşmalara hazır olduğunu bəyan edib

İran Asiya, ərəb ölkələri və bəzi Avropa ölkələri ilə Hörmüz boğazından istifadə barədə razılaşmaların bağlanmasına …