Bazar , 7 Dekabr 2025
Drone Cameras

Yaralı əsgərlər hospitalda ziyarət ediliblər

Lənkərandan olan yaralı əsgərlər hospitalda ziyarət olunub.

Boyukmillet.com xəbər verir ki, Ermənistanın törətdiyi genişmiqyaslı təxribatın qarşısı alınarkən yaralanan Lənkəran rayon sakinləri Həmidzadə Afiq Şamil oğlu və Sadıxov Pənah Sulduz oğlunu Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov sentyabrın Bakı şəhərində müalicə aldıqları hərbi hospitalda ziyarət edib.

T.Qaraşov yaralı əsgərlərlə görüşərək onlarla söhbət edib, səhhətləri, reabilitasiya prosesi və qayğıları ilə maraqlanıb, tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzu edib.

İcra başçısı hospitalda yaralı hərbçilərimizin müalicəsi üçün yüksək peşəkarlıqla fəaliyyət göstərdiklərinə görə həkimlərə minnətdarlığını ifadə edib.

Check Also

Qubadlı şəhərinin işğaldan azad olunmasından 5 il ötür

Bu gün Qubadlı şəhərinin işğaldan azad olunmasından 5 il ötür. Boyukmillet.com xatırladır ki, müzəffər Azərbaycan …