Cümə , 22 Noyabr 2024
Drone Cameras

Yaralı zabitlər: “Helikopter meydançaya eniş edən zaman yerə çırpıldı”

“Noyabrın 30-da praktik atışlı təlim məşq uçuşları olmalıydı. “Səngəçal” aerodromundan “Qaraheybət” aviasiya poliqonuna getməliydik”.

Bu fikirləri “Report”-aDövlət Sərhəd Xidmətinin Mi-17 tipli hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda qəzaya uğraması nəticəsində yaralanan polkovnik-leytenant Emil Cəfərov deyib.

Onun sözlərinə görə, helikopterlə istiqamət üzrə hərəkət edilib: “Meydançaya eniş etmək üçün manevr edəndən sonra helikopter yerə çırpılıb. Mən sərnişin kabinəsində oturmuşdum. Hadisənin tam təfərrüatı yadımda qalmayıb. Enişin yerinə yetirilməsi zamanı qəza oldu. Helikopterdə heç bir nasazlıq və başqa bir şey hiss olunmadı. Gözlərimi hospitalda olanda açmışam”.

E.Cəfərov qeyd edib ki, helikopterdə heç bir məhdudiyyət aşılmamışdı: “Helikopterin desant daşıma sayı 24 nəfərdir. Sərnişin kabinəsinin girişində əyləşmişdim. Heç bir şübhəli məqam yox idi”.

“Ayağımda əzik var, bir də sol qolumun bazu sümüyündə sınıq var”, – o vurğulayıb.

Qəza zamanı yaralanan DSX-nin kapitanı Ramin Ədilov söyləyib ki, enişə gələn zaman birdən-birə helikopterdə idarəetmə itib: “Sürətlə yerə çırpıldıq. Heç bir kənar müdaxilə olmayıb. Helikopter birdən yerə çırpıldı. Bir də gözümü hospitalda açdım. Üzümdə xəsarət var və sol dizim də əzilib. Hazırda vəziyyətim normaldır”.

Check Also

Səmərqənddə məktəbli qızı qaçırıb bir neçə gün zorlayıblar – Şübhəlilərdən biri prokurorluq işçisidir

Özbəkistanın Səmərqənd vilayətində 8-ci sinif şagirdi qaçırılıb, iki həftə girov saxlanılıb və bir neçə nəfər …