Bazar , 11 Yanvar 2026
Drone Cameras

Yardımlıda məktəbliyə qarşı cinsi zorakılıq faktı ilə bağlı 4 nəfər həbs edilib, anasına cinayət işi açılıb

Yardımlıda məktəbliyə qarşı cinsi zorakılıq və fahişəliyə cəlb edilmə faktı qeydə alınıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Uşaqları Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb.

O bildirib ki, Yardımlı rayonunda 8-ci sinif şagirdinə qarşı cinsi zorakılıq və fahişəliyə cəlb edilmə ilə bağlı Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən dörd nəfər həbs edilib.

Həmçinin azyaşlının anasına CM-nin 171-ci maddəsi ilə cinayət işi açılıb. Digər şübhəli şəxslərlə bağlı da istintaq işi aparılır:

“Azyaşlı reabilitasiyaya cəlb ediləcək, sığınacağa yerləşdiriləcək”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran Regional Qrupundan “Report”a faktı təsdiqləyiblər.

Qeyd olunub ki, faktla bağlı başlanılan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. Hadisənin təfərrüatları açıqlanmayıb.

Check Also

Qanunsuz orden və medal hazırlamaqda təqsirli bilinən QHT rəhbərinin məhkəməsi başlayır

Qanunsuz orden və medal hazırlamaqda ittiham olunan “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” …