Bazar ertəsi , 8 Dekabr 2025
Drone Cameras

Yasamalda narkotikə görə 61 nəfər saxlanılıb

Yasamal Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsi, həmçinin ərazi şöbə və bölmələri tərəfindən oktyabr-noyabr ayları ərzində keçirilən əməliyyatlar nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 61 nəfər saxlanılıb.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirib ki, qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitə və psixotrop maddələr çıxarılıb.

Aşkar edilən faktlarla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.

“Bu şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir”, – məlumatda qeyd olunub.

Check Also

BMT ukraynalı uşaqlarla bağlı qətnamə qəbul etdi: Azərbaycan səsvermədə iştirak etmədi

Dekabrın 3-də Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiyadan zorla köçürülmüş və ya deportasiya edilmiş bütün ukraynalı …