Cümə axşamı , 28 Mart 2024
Drone Cameras

Yeni Azərbaycan Partiyasının namizədi Saatlı rayonunun mədəniyyət işçiləri ilə görüşdü – FOTOLAR

62 saylı Saatlı seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi, tədqiqatçı alim Əziz Ələkbərovun Saatlı rayonunun mədəniyyət işçiləri ilə görüşü keçirilib. 

Uzun illər erməni işğalı altında olan tarixi abidələrimizlə bağlı araşdırmalar aparmış alim Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xalqımızın milli mənəvi dəyərlərinin qorunması, inkişafı və dünya miqyasında təbliği sahəsindəki xidmətlərinə diqqət çəkərək mədəniyyət işçilərinin qarşısında duran vəzifələrdən də bəhs edib. Mədəniyyət işçiləri ilə keçən səmimi görüşdə çıxış edənlər dövlət başçısının siyasi iradəsi ilə ölkədə aparılan islahatları birmənalı şəkildə dəstəklədiklərini, fevralın 9-da keçiriləcək parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi Əziz Ələkbərova səs verəcəklərini bildirdilər.

Check Also

Baş nazirdən taksilərlə bağlı YENİ QƏRAR

Nazirlər Kabineti “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki …