Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

Yeni məktəbli formalarının qiymətləri müəyyənləşib və satışına başlanılıb

Yeni məktəbli formalarının qiymətləri müəyyənləşib və satışına başlanılıb.

Bu barədə Bakı Tikiş Evinin satış müdiri Etibar Əzimov bildirib.

O bildirib ki, satış bu gün səhər saatlarından başlayıb.

E.Əzimov qeyd edib ki, polo köynəklərin hamısının qiyməti 14 manat, şalvar və ətəklər 25 manatdır:

“Artıq bir neçə valideyn övladlarına geyim alıb. Biz bu il iki rəngdə, tünd-göy və boz rəngdə geyimlər hazırlamışıq. Geyimlər bu il yalnız 1-4-cü siniflər üçündür. Şagirdlər əvvəlki illərdəki formalarını da geyinə bilərlər”.

Hazırda satış yalnız Bakı Tikiş Evindədir, bir neçə gün sonra isə “Bravo” marketlər şəbəkəsində satış başlayacq.

Check Also

Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib, ADNSU-ya rəhbər təyin edilib

Rüfət Əzizov Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident …