Cümə , 13 Mart 2026
Drone Cameras

Yevlaxda kasetli bomba partlayıb, ölən var

Yevlax rayonunda Vətən müharibəsi dövründə ermənilərin atdığı kasetli bombanın partlaması ölümlə nəticələnib.

Boyukmillet.com xəbər verir ki, hadisə səhər saatlarında, rayonun Aran qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbə sakini, 26 yaşlı İsmayıl Mikayılov qoyun otararkən orada gördüyü naməlum əşyaya toxunub.

O, həmin əşyanın üzərinə çıxıb və qəfildən partlayış baş verib. İ.Mikayılov aldığı xəsarətlərdən dünyasını dəyişib.

Hadisə yerinə hüquq-mühafizə orqanalrının əməkdaşları cəlb olunub.

Ölən şəxsin meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yevlax rayon şöbəsinə yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Check Also

Əkrəm İmamoğlu haqqında 2 430 il həbs istənilən iş üzrə məhkəmə başlayıb

İstanbul 40‑cı Ağır Cinayətlər Məhkəməsində İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) keçmiş sədri, prezidentliyə namizəd Əkrəm İmamoğlu …